Bakıda məktəbdən oğurluq edənlər tutulublar.
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dekabrın 14-nə keçən gecə N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, monitor və printer oğurlanıb.
Xətai Rayon Polis İdarəsindən 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulublar.
Faktla bağlı araşdırma aparılır.