Bakının Nərimanov rayonu ərazisində Çeçenistan vətəndaşı soyğunçuluq edib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Nəsimi rayonunda kirayədə yaşayan 1996-cı il təvəllüdlü Adil Muradoviç Suyundinov Nərimanov küçəsi 3 saylı binanın qarşısında 1989-cu il təvəllüdlü Həmidə Güloğlan qızı Məmmədovaya bıçaqla hücum edib.Oğlan qızı qorxudaraq onun əl çantasını alıb. Çantada Həmidəyə məxsus sənədlər, bankomat kartı pul və digər əşyalar olub. Soyğunçuluq edən Adil Suyundinov tutulub.