Bakıda orta məktəb şagirdini qətlə yetirən şəxsin kimliyi məlum oldu

Bakıda orta məktəb şagirdini qətlə yetirən şəxsin kimliyi məlum oldu
Bütün Xəbərlər
13:09 02.04.2014
1056
Daxili İşlər Nazirliyi (DİN) Bakıda orta məktəb şagirdinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR