Bakıda orta məktəbin həyətində iki qardaşı bıçaqladılar

Bakıda orta məktəbin həyətində iki qardaşı bıçaqladılar
Bütün Xəbərlər
11:19 21.12.2011
2160

Hər iki zərərçəkmiş Mərkəzi Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Ötən gecə Bakının Xətai rayonunda iki qardaş naməlum şəraitdə bıçaqlanıb. Hadisə Nobel prospekti 159 ünvanında yerləşən 59 saylı orta məktəbin həyətində baş verib. Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Ramazanov küçəsi ev 8/1-də yaşayan 1995-ci il təvəllüdlü Rufullayev Vüqar Rafiq oğlunu və onun qardaşı 1992-ci il təvəllüdlü Vüsal Rufullayevi bıçaqlayan şəxsin və ya şəxslərin kimliyi hələlik bilinməsə də, polis bu istiqamətdə əməliyat-axtarış tədbirlərinə başlayıb. Qeyd edək ki, Xətai rayon polis idarəsinin 37-ci polis bölməsində bu məqsədlə əməliyyat qrupu da yaranıb. Zərərçəkmiş qardaşların atası Rafiq Rufullayevin polis əməkdaşlarına verdiyi məlumata görə, axşam saatlarında bir nəfər onların yaşadığı evə gələrək Vüqarı çağırıb. Bu vaxt çağırışa gedən Vüqarın arxasınca onun üç yaş özündən böyük qardaşı Vüsal da gedib. Ancaq bir qədər keçmiş hər iki qardaşın bıçaq xəsarəti aldığı xəbəri gəlib. Sol döş nahiyəsindən xəsarət alan Vüqar və qarın boşluğundan xəsarət alan Vüsal hazırda Mərkəzi Neftçilər xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurlar. Cinayət işinin istintaqını Xətai rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi İsmayıl Məmmədov araşdırır. Müstəntiqin bildirdiyinə görə, hadisənin kim tərəfindən törədilməsi barədə artıq müəyyən şübhələr var. Ancaq bu istiqamətdə hələlik aparılan araşdırmalar davam etdirilir. Faktla bağlı cinayət işi də başlanılıb.

ANS

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib