Bakıda orta məktəbin həyətində meyit tapılıb

Bakıda orta məktəbin həyətində meyit tapılıb
Bütün Xəbərlər
12:35 28.11.2013
1627

Ölən şəxsin bomj olduğu bildirilir

Bu gecə Bakının Binəqədi rayonu ərazisində orta mətəbin həyətində meyit tapılıb. Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 6-cı mikrorayonda yerləşən 30 saylı məktəbin həyətində yaşlı kişi koma halında tapılıb. Onu orta məktəb şagirdləri tapıb.Dərhal hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağrılıb. Ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya aparıblar. Lakin kişi xəstəxanaya daxil olanda artıq dünyasını dəyişib. Verilən məlumata görə., Arif adlı bu şəxs uzun müddətdir 30 saylı xəstəxananın həyətində, ümumiyyətlə həmin ərazidə küçələrdə yatırmış. Onun bomj olduğu bildirilir.Deyilənlərə görə, o, içki aludəçisi olub.
OXŞAR XƏBƏRLƏR