Bakının Binəqədi rayonunda restoranda qan tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Binəqədi şossesi 1-in qarşısında yerləşən “İstisu” restoranının müdirinin oğlu Asim Musayev ölümcül bıçaqlanıb.Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Hilal Bayramov tutulub. Onun ifadəsindən məlum olub ki, Asimi təsadüfən bıçaqlayıb. Hilal öz dostu ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman restoran müdirinin oğlu Asim müştəriləri sakitləşdirmək istəyərkən bıçaq yarası alıb.