Bakıda oğul yarası atanı öldürdü

Bakıda oğul yarası atanı öldürdü
Bütün Xəbərlər
14:01 03.03.2015
1098

O, mənzildə bıçaqlanıb.

Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib.AZXEBER.COM xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 25-də 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqov, oğlu Malik tərəfindən bıçaqlanıb.

Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E.Sadıqov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E. Sadıqov rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində yerləşən mənzildə bıçaqlanıb.

Polislər tərəfindən saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

OXŞAR XƏBƏRLƏR