Bakıda parkda yaşlı kişi insanların gözü qarşısında can verdi
Bütün Xəbərlər
17:10 22.08.2014
660
Bakının Səbail rayonu ərazisində yaşlı kişi meyidi tapılıb. Bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, yaşlı bir kişi parkda gedərkən qəfil yıxılıb. Onun öldüyü bildirilir.Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Üzeyir Hacıbəyov küçəsində, Puşkin parkında baş verib. Parkdan yaşı təxminən 60-70 arasında olan bir kişi meyidi tapılıb.Hadisə barədə məlumat daxil olan kimi əraziya polis və prokurorluq əməkdaşalrı cəlb olunub. Hazırda ölən şəxsin kimliyi və ölümün səbəbləri araşdırılır.