Bakıda partlayış baş verib- FOTOLAR

Bakıda partlayış baş verib-  FOTOLAR
Bütün Xəbərlər
10:32 17.06.2013
2606

Bazar günü təxminən 22:45-də Bakının Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsində partlayış baş verib.

AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, mərkəzi yolun yaxınlığındakı kafedə qaz balonu partlayıb.

Yanğın hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Partlayış nəticəsində yaranmış yanğın elektrik xətlərinə zərər vurub, bununla da qəsəbə sakinlərini işıqsız qoyub.

Hal-hazırda elektrik enerjisinin verilməsi bərpa olunub.

Partlayış nəticəsində zərər çəkmiş yoxdur.

OXŞAR XƏBƏRLƏR