Bakıda partlayış: İnsanlar təşvişə düşdü – FOTO + VİDEO

Bakıda partlayış: İnsanlar təşvişə düşdü – FOTO + VİDEO
SOSİAL
10:09 05.07.2016
2871

3 ev zədələnib.

Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən Lider Cola şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayışın gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar.

Faktla əlaqədar araşdırma aparılır.

///Anspress
OXŞAR XƏBƏRLƏR