Yanğının qarşısını almaq və digər binalara keçməsinə imkan verməmək üçün hadisə yerinə əlavə yanğınsöndürmə briqaları cəlb olunub
Bu gün səhər saatlarında Ədliyyə Nazirliyinin penitensiar xidmətinin Nizami rayonu ərazisində yerləşən müalicə müəssisəsində yanğın baş verib. Müəssisənin inzibati binasında baş verən yanğın qısa zamanda geniş miqyas alıb. Əsasən binanın dam örtüyünü əhatə edən alovun qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda yanğınsöndürənləri cəlb edilib.Müalicə müəssisəsinin rəhbərliyi tərəfindən yanğın baş verən zaman orada cəza çəkən dustaqların vəziyyəti barədə də heç bir məlumat verilmədi. Yanğının qarşısını almaq və digər inzibati binalara keçməsinə imkan verməmək üçün hadisə yerinə əlavə yanğınsöndürmə briqaları da cəlb olunub.(Anspress)