Manyaklardan birinin Park Bulvar alış-veriş mərkəzində yerləşən “Park Cinema” kinoteatrının zalında göründüyü iddia olunur.
Bakıda ötən gün təhlükəli manyakın peyda olması ilə bağlı məlumat vermişdik. Mətbuatda yayılan məlumatlarda QİÇS virusunun daşıyıcıları ehtimal olunan şəxslərin əllərindəki şprisi insanlara batırdıqları bildirilmişdi.
Hadisə gündəmə gəldiyi gündən insanlar arasında böyük narahatçılığa səbəb olub.
AZXEBER.COM-un rəsmi “facebook” səhifəsinə müraciət edən sosial şəbəkə istifadəçiləri məhz öz narahatıçılığını bildirir və onlardan bəziləri analoji hadisənin şahidi olduqlarını qeyd edirlər.
İstifadəçilərdən birinin sözlərinə görə, o əlində şpris olan şəxslərdən birini Park bulvar alış-veriş mərkəzində yerləşən “Park Cinema” kinoteatrının zalında gördüyünü yazıb. Onun sözlərinə görə, alış-veriş mərkəzinin kino zalında gəzən həmin şəxs bir neçə dəqiqə sonra gözdən itib. Bu hal sadəcə olaraq, oxucunun nəzərini cəlb edib və o həmin şəxsin əlində yalnız şpris olduğunu müşahidə edib.
Sözügedən iddiaların doğru olub-olmaması təsdiqini tapmasa da, hər halda təhlükə mənbəyi olan bu şəxslərdən özümüzü qorumağımız vacibdir.
Xatırladaq ki, bu hadisə ilə əlaqədar ANSPRESS ötən gün Nəsimi Rayon Polis idarəsi ilə əlaqə saxlayıb faktla bağlı məlumat toplayıb. İdarədən bildirdilər ki, hər-hansı bir şəxs belə şikayət ilə polis bölməsinə müraciət edərsə, zərər yetirən insan saxlanılacaq və həkimlər tərəfindən yoxlanılacaq. Əgər QİÇS daşıyıcısıdırsa və qəsdən bir başqa şəxsə ötürmək istəyirsə, cinayət törədən insan kimi qiymətləndiriləcək. Məhkəmə qərarı ilə bir neçə il müddətində həbs oluna bilər. Amma əgər virus daşıyıcısı deyilsə, onun bu hərəkəti xuliqanlıq kimi qələmə veriləcək və lazımı tədbirlər görüləcək.