Bakıda "pitbul" cinsli it oğurlanıb

Bakıda "pitbul" cinsli it oğurlanıb
Bütün Xəbərlər
12:02 04.09.2015
3106

Bakıda "pitbul" cinsli iti oğurlamaqda şübhəli bilinən şəxs 10 gün sonra tutulub. 

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, S.Rüstəm küçəsində Rauf Hüseynzadəyə məxsus "Pitbul" cinsli iti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Rövşən Vaqif oğlu Ağayev tutulub.

Qeyd edək ki, hadisə avqustun 26-da baş verib.

//report

OXŞAR XƏBƏRLƏR