Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Azneft dairəsindən Bibiheybət istiqamətində gedən yolda olub. "İnfinite" markalı avtomobil yoldan keçən piyadanı vurub. Piyada hadisə yerindəcə keçinib. Ölənin kimliyi hələ müəyyənləşməyib.