Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub

Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub
Bütün Xəbərlər
13:15 24.08.2015
895

Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.

Avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR