Bakıda polis kapitanı Elşən Novruzov sürücünü təhdid etdi - VİDEO

Bakıda polis kapitanı Elşən Novruzov sürücünü təhdid etdi - VİDEO
Bütün Xəbərlər
17:25 15.08.2012
2660

Paytaxt sakini Yasər Qurbanov avtomobilini yoldan xeyli kənarda saxlamasına baxmayaraq təhlükədən qaça bilməyib. Avtomobilin bir yük maşını tərəfindən vurulduğunu sahibi də şahidlər də görüb.

Zərərçəkənin 102 xidmətinə zəngindən sonra post patrul xidmətinin əməkdaşları həm vurulan, həm də vuran maşının şəkillərini çəkib. Yasər Qurbanov Qaradağ yol polisi idarəsinə müraciət etsə də 4 gündür nə hadisə yerinə yol polisi gəlib, nə də araşdırma aparan olub. Hadisə yerinə baxış keçirməyən yol polisi vətəndaşdan sübutlar gətirməsini də tələb edib.

Qaradağ rayon yol polisi idarəsinin qəzalarla əlaqədar baş inspektoru, polis kapitanı Elşən Novruzov açıqlama vermir. İş başında xidməti geyimi də üzərində olmayan polis kapitanı hələ bu avtomobilin sürücüsünü televiziyaya məlumat verdiyinə görə təhdid də edir.

Yol polisinin belə biganəliyindən sonra sürücü hüquqlarını necə təmin edəcəyini düşünür. /// xeberoxu.az

OXŞAR XƏBƏRLƏR