Bakıda polis maska taxmayanlara qarşı reydlərə başladı

SOSİAL
11:32 03.06.2020
261
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.

Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.

Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:29 24.09.2020

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

11:16 24.09.2020

Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlandı

11:00 24.09.2020

Özəl klinikadan təqdirəlayiq addım - "Heyətimiz və ambulansımız ilə dövlətimizin yanındayıq"

10:46 24.09.2020

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

10:35 24.09.2020

Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

10:21 24.09.2020

Nisə Qasımova xərçəng olduğunu etiraf etdi: “Əməliyyat olundum, bundan sonra...”

10:19 24.09.2020

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

10:17 24.09.2020

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

09:58 24.09.2020

Bakıda kütləvi dava - Yaralılar var

09:43 24.09.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

01:06 24.09.2020

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olundu

23:47 23.09.2020

Bakıda 20 yaşlı gənc bıçaqlandı

23:34 23.09.2020

İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı

23:09 23.09.2020

Britaniyada son sutkada koronavirusa 6178 yoluxma qeydə alınıb

22:50 23.09.2020

“Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi

22:21 23.09.2020

Türkiyədə son sutka ərzində koronavirusdan 72 nəfər ölüb

X Mostbet