Bakıda polis polkovnik-leytenantının maşını radara düşdü - FOTOLAR

Bakıda polis polkovnik-leytenantının maşını radara düşdü - FOTOLAR
Bütün Xəbərlər
01:21 14.12.2012
4486

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov yol polisləri tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. Bu barədə Vaqif Əsədovun özü  eksklüziv məlumat verib. Hadisə bu ilin noyabrın 30-da baş verib.

Belə ki, Vaqif Əsədov noyabrın 30-da “Mercedes C-220” markalı, 90 EU 958 dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 8-ci kilometrliyində radara düşüb.

“Baş Dövlət Polis İdasrəsi istiqamətdə hərəkət edərkən, yolda sürət həddi 90 km/saat olduğu halda 120 km hərəkət etmişəm. “Ağıllı kamera”lar mənim idarə etdiyim avtomobili çəkib. Avtomatik olaraq mənə protokol tərtib olunub. Mənə bu barədə məlumat gələn kimi, vaxtında aparıb cəriməni ödədim ki, sonradan problem yaranmasın”, – deyə Vaqif Əsədov məlumat verib.

Bu barədə V.Əsədova məlumat verilən kimi yol polisi dərhal barəsində tərtib olunmuş cəriməni 3 gün müddətində ödəyib.

“Əgər polkovnik-leytenant Vaqif Əsədov yol polisi olaraq törətdiyi xətaya görə cərimə məbləğini ödəyirsə, kimliyindən asılı olamayaraq yol hərəkət qaydasını pozan şəxs də cərimələnəcək. Tətbiq olunan cərimə də mütləq ödənilməlidir”, – deyə V.Əsədov vurğulayıb.

Qeyd edək ki, cərimə tətbiq ediləndən sonra 3 iş günü müddətində ödənilirsə, ona cərimə məbləğindən 10 faiz güzəşt edilir. Cərimə 1 ay müddət ərzində olduğu məbləğdə ödənilir. Əgər 1 aydan sonra cərimə ödənilərsə, yazılan məbləğə hər gün üçün 2 faiz dəbbə pulu gəlir.

OXŞAR XƏBƏRLƏR