Bakıda “polis” qadını fahişəliklə şantaj etdi

Bakıda “polis” qadını fahişəliklə şantaj etdi
Bütün Xəbərlər
13:56 24.12.2014
1711
Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov həbs edilib.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat alıblar.
Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulub.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR