Bakıda polis serjantı intihar etdi

Bakıda polis serjantı intihar etdi
Bütün Xəbərlər
10:49 15.07.2013
1689

Bakıda polis serjantı tabel silahı ilə özünü gülləyərək intihar edib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ikinci Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 11 ünvanında yaşayan Nərimanov Rayon Mühafizə Polisinin serjantı, 1974-cü il təvəllüdlü Əli İslam oğlu Novruzov tabel silahı ilə baş nahiyəsinə atəş açaraq intihar edib.

Hazırda intiharın baş vermə səbəbləri araşdırılır. 

OXŞAR XƏBƏRLƏR