Hadisə Bakıxanov qəsəbəsində baş verib
Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşı bıçaqlandı. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Misir Qəlyanı” çay evində polis serjantı Elnur Ramiz oğlu Rəhimov bıçaqlanıb. Hadisə polislə həmin şəxs şəxslər arasında baş verən münaqişə zamanı olub. Hazırda kimlikləri açıqlanmaya şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri başlayıb.(anspress)