Bakıda polisi döydülər

Bakıda polisi döydülər
Bütün Xəbərlər
12:45 10.11.2015
1749
Bakıda 21 yaşlı gənc iki polis əməkdaşını döyüb.
Milli.Az-ın verdiyi xəbərə görə, N.Rəfibəyli küçəsində qanunsuz reklam vərəqəsi paylayan şəxs saxlanılıb. Bu zaman o, ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün polis serjantları - 1985-ci il təvəllüdlü Rüfət Əhədova, 1990-cı il təvəllüdlü Xəyyam Məmmədova müqavimət göstərərək onları döyüb.
Həmin şəxs onlara yumruq və təpiklə vuraraq xəsarət yetirib.
Polisləri döyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Novruzov saxlanılaraq polis bölməsinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR