Bakıda polisi vurdular

Bakıda polisi vurdular
Bütün Xəbərlər
11:20 08.10.2013
1137

Qəza nəticəsində polis serjantı Orxan İntiqam oğlu Hüseynov ağır yaralanıb

Ötən gün saat 20:00 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində yol polisi vurulub. Xətai rayon Polis İdarəsinin müstəntiqi Elgiz Həsənlinin ANS PRESS-ə verdiyi məlumata görə, Nobel prospekti 69 ünvanının qarşısında, Çevik Polis Alayının binasının yaxınlığında BMW markalı, 99 FK 615 dövlət nömrə nişanlı avtomobil polis əməkdaşını vurub. Qəza nəticəsində polis serjantı Orxan İntiqam oğlu Hüseynov ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsindədir. Hadisəni törədən sürücü Cavid Saleh oğlu Hüseynov saxlanılıb və hadisə barədə izahatı alınıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR