Bakıda polislər üçün təlim təşkil edildi

MARAQLI
11:56 14.05.2012
1437
ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı təlim təşkil edilib. SİA-nın xəbərinə görə, təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib. Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirib. Təlimə nəzəri və praktik məşğələlər də daxil olub.
OXŞAR XƏBƏRLƏR