Bakıda priton aşkarlandı

Bakıda priton aşkarlandı
Bütün Xəbərlər
12:59 29.03.2012
2212
Ötən gün axşam saatlarında polis Bakı şəhəri Xətai rayonu ərazisində priton aşkarlayıb. 
Xətai rayon Polis İdarəsindən  verilən məlumata görə, hüquq-mühafizə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Xətai rayon sakini Yaşar Hacıyevə məxsus obyektdə qadınların intim xidmətləri göstərdikləri məlum olub. Əməliyyat zamanı 18-20 yaş arasında 10 qadın saxlanılıb. Onların arasında Özbəkistan vətəndaşı da var. Araşdırmalar zamanı məlum olub ki, kafedə müştərilərə 35-40 manata intim "xidmət" göstərilirmiş.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR