AZXEBER.COM xəbər verir ki,sosial şəbəkədə yerlədirilən fotoda belə yazılıb : "Hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı pulsuzdur".
Taksi sürücüsü isə etdiyi hərəkəti belə qiymətləndirib: "Hamı mənə dəli, xəstə kimi baxır, amma yox mən elə deyiləm. Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta mənə imkansız bir vətəndaş yaxınlaşıb pulsuz onu harasa getmək istəsə canla-başla kömək edərəm. Bəlkə, nə vaxtsa mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu mənim seçimimdir!"
Geniş müzakirələrə səbəb olan həmin elanı təqdim edirik:
