APA-nın məlumatına görə, bu, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) daxil olan məlumata müvafiq olaraq rayonun Osakücə kənd sakini, 1977-ci il təvəllüdlü Fariz Fərail oğlu Rzayevin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı həyətdə Zərdab rayon sakini Əfqan Qasım oğlu Teymurova məxsus, avqustun 2-də Bakının Suraxanı rayonu ərazisindən qaçırılmış, 2005-ci il istehsalı olan 10 MP 097 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobil aşkarlanıb. F. Rzayev həmin avtomobili Lənkəranın Ləvəngi dairəsində Bakının Binə qəsəbə sakini olan Güloğlan adlı şəxsdən heç bir sənəd təqdim olunmadan cəmi 400 dollara aldığını bildirib.Hazırda polis maşını qaçırmış şəxsin istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.