Bakıda qadın geyim mağazalarının birində oğurluq hadisəsi baş verib.
AZXEBER.COM-a göndərilən videoda orta yaşlı bir qadın geyim mağazasına adi müştəri kimi daxil olur və geyimlərə baxmağa başlayır. O dəfələrlə satıcıdan geyimlərin qiymətini soruşaraq fikri yayındırmağa çalışır. Satıcının məşğul olmasından istifadə edən qadın geyimlərdən birini gizlicə çantasına qoysa da təhlükəsizlik kameralarından qaça bilmir.
Həmin görüntüləri təqdim edirik: