Bu gecə saat 02.00 radələrində Qobustan rayonunun Şıxzərli kəndi ərazisində Bakının Qobustan rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Jalə Abdullayeva “Mercedes” markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət alan sərnişini isə xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti orta-ağırdır.