Bakıda qadın onu qısqanmayan ərini bıçaqladı

Bakıda qadın onu qısqanmayan ərini bıçaqladı
Bütün Xəbərlər
15:55 02.04.2015
1222
Rəhimova günahını etiraf edib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Nüşabə Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
N.Rəhimova ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində əri Şamil Rzayevi (ad şərtidir) onu qısqanmamağına, uşaqlara və ona doğru-düzgün baxmadığına görə bıçaqladığını deyib.
Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il yanvar ayında Binəqədi rayonunda baş verib. 28 yaşlı Nüşabə Rəhimova münaqişə zəminində həyat yoldaşı Şamil Rzayevi (ad şərtidir) yatdığı yerdə bıçaqlayıb. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, Nüşabə Rəhimova 15 yaşında Ş.Rzayevə qoşularaq qaçıb. N.Rəhimovanın anası da bir neçə il bundan qabaq ərini öldürüb.
OXŞAR XƏBƏRLƏR