Bakıda mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 20-də Şərq küçəsində yaşayan Firəngiz Həsənovanın mənzilində qeydə alınıb. Qadının evindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.