Bakıda 32 yaşlı qadın fiziki zorakılığa məruz qalıb. Bu barədə zərərçəkmiş qadın özü polisə məlumat verib.
Musavat.com-un əldə etdiyi məlumata görə, zorlama hadisəsi sentyabrın 4-də Maştağa qəsəbəsində Lahıc bağları massivində baş verib.
Cinsi zorakılığa məruz qalan Lətafət Məcidova (ad və soyad şərtidir) polisə müraciət edərək özündən 2 yaş kiçik olan A.Sultanovun onu Lahıc bağlarında zorladığını deyib.
Məlum olub ki, qadını zorlayan şəxs onunla qeyri-rəsmi birgə yaşayan sevgilisi olub. A.Sultanovun saxlanıldığı bildirilir.