Bakıda qadın yaşadığı binanın pəncərəsinə çıxaraq intihar etmək istədi - FOTOLAR

Bakıda qadın yaşadığı binanın pəncərəsinə çıxaraq intihar etmək istədi -  FOTOLAR
Bütün Xəbərlər
13:37 03.02.2014
1592

Paytaxtın Nizami rayonunda intihara cəhd var. Yaşlı bir qadın yaşadığı binanın pəncərəsinə çıxaraqintihara cəhd edir.

AZXEBER.COM-un məlumatına görə, Feysbuk sosial şəbəkəsində yayılan xəbərdə qadın intihara səbəb kimi kommunal xidmət haqlarını ödəyə bilmədiyini deyir.

Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının “Yeni Müsavat”a verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.

Artıq xilasedicilər qapıdan daxil olmaqla, intihara cəhd edən qadını xilas ediblər.

OXŞAR XƏBƏRLƏR