Bakıda qadına hücum edildi

Bakıda qadına hücum edildi
Bütün Xəbərlər
12:00 14.12.2013
935

Bakıda qadına hücum edən şəxs saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, dekabrın 13-ü saat 20:20 radələrində Q.Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Səlminaz Hacıyevanın ağzını əl ilə tutaraq əlindən çantasını alıb, o, müqavimət göstərdikdə ayaqla kürək və əl nahiyəsindən vuraraq barmağında olan üzüyü çıxarmağa cəhd edib.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini Elnur Elyasov Nizami polis əməkdaşları tərəfindən tutulub.

OXŞAR XƏBƏRLƏR