Bakıda qadını döyüb, maşına oturdub aparmaq istədilər

Bakıda qadını döyüb, maşına oturdub aparmaq istədilər
Bütün Xəbərlər
12:56 22.06.2014
2675
Hay-küy salan qadını küçənin ortasında atıb qaçdılar.
Bakı şəhərinin Səbail rayonunda xuliqanlıq hadisəsi baş verib.
AZXEBER.COM  xəbər verir ki, Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 50/52, mənzil 24-də yaşayan 1975-ci il təvəllüdlü Kərimova Samirə Ağamehdi qızı zorakılıqla üzləşməsi barədə müraciət edib.
Qadın bildirib ki, gecə saat 01 radələrində yaşadığı evin qarşısında 3 nəfərlə mübahisə edib. Mübahisə zəminində həmin şəxslər 39 yaşlı qadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Bundan sonra həmin şəxslər S.Kəsimovanı “VAZ 2106” markalı avtomobilə əyləşdirərək aparmaq istəyiblər. Qadınan hay-küy saldığını gördükdə isə planlarını yarımçıq saxlayaraq uzaqlaşıblar.
Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan 39 yaşlı qadın Kliniki Tibbi Mərkəzə müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR