Bakıda yaşayan qadını zorlayıb öldürən Zərdab rayon sakini Şərif Allahverdiyev və Şəmkir rayon sakini Rövşən Qurbanov tutulub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 29-da şəhər sakini Lyubov Qumennayanın meyiti tapılmışdı. Meyitə baxış zamanın onun üzərində cinsi təcavüz izləri aşkarlanmışdı. Polis dərhal əməliyyata başlamışdı.