Bakıda qadınlar 51 yaşlı kişini döyüb

HADİSƏ
15:52 15.11.2016
1726
Bakıda 51 yaşlı kişi iki qadın tərəfindən döyülüb.
 
AZXEBER.COM xəbərinə görə, hadisə Qala qəsəbəsi Xuluflu küçəsi 23 ünvanında qeydə alınıb. Belə ki, 51 yaşlı Elşad Məmmədov yaşadığı mənzildə dostu ilə birgə yeyib-içərkən iki qadını evinə dəvət edib. Məclisin sonunda qadınlardan biri E.Məmmədovdan göstərdiyi xidmət müqabilində pul istəyib. Bütün pulunu alkoqollu içkilərə sərf etdiyini deyən E.Məmmədov qadınlara verməyə pulu olmadığını deyib. Bu cavabdan qəzəblənən qadınlar onu döyüb. Hadisə vaxtı E.Məmmədovun dostu sərxoş olduğundan yatıb. Döyülən E.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR