Bakıda qadınlar arasında dava olub.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 50 yaşlı Validə Süvari polisə müraciət edərək Z.Xəlilov küçəsində iki nəfər - Telnaz və Samirə adlı qadınlarla mübahisə etdiyini və onlar tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsində (PB) araşdırma aparılır.