Bakının Nərimanov rayonu ərazisində çoxsaylı bıçaq xəsarətlərilə öldürülən kişi meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Daş karxanası küçəsində tapılan meyitin Ordubad rayon sakini Rasim Nağıyevə məxsus olduğu məlum olub. Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Əsgərov tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.