Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
AZXEBER.COM Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.
Məlumata görə, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hücum zamanı hər iki ayağından bıçaq xəsarəti alan Ş.Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.











































