Bakıda qanlı hadisə: 30 yaşlı oğlan iki tanışını bıçaqladı

Bakıda qanlı hadisə: 30 yaşlı oğlan iki tanışını bıçaqladı
SOSİAL
09:59 28.01.2020
2200
Bakıda iki nəfər bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində M.Nərimanov küçəsi 20/56 ünvanında qeydə alınıb.

Həmin ünvanda 1990-cı il təvəllüdlü Cavidan Həsənov tanışları, 1984-cü il təvəllüdlü Gündüz Cəfərovu və 1988-ci il təvəllüdlü Tural Cəfərovu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR