Bakıda qanlı hadisə: məktəbliyə 6 bıçaq zərbəsi vuruldu
Bütün Xəbərlər
12:47 08.12.2011
7388
Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 7-ci mikrorayonda, 2 saylı evtikmə kombinatının həyətində, Zəngilan rayonundan məcburi köçkün olan 1997-ci il təvəllüdlü Qurbani Ədalət oğlu Quliyev 1996-cı ildə anadan olmuş Ərşad Qalib oğlu Mirzəyevi bıçaqlayıb.Bakıda məskunlaşmış Zəngilan rayon orta məktəbinin şagirdləri olan yeniyetmələr yaşadıqları evtikmə kombinatının korpusunun arxasında hələlik məlum olmayan səbəblərdən mübahisə ediblər. Nəticədə 14 yaşlı Q.Quliyev 10-cu sinif şagirdi olan Ərşadı ürəyindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.