Bakıda qanvermə aksiyası keçirildi – FOTOLAR

Bakıda qanvermə aksiyası keçirildi – FOTOLAR
Bütün Xəbərlər
11:49 25.07.2014
809

Yayın şiddətli istilərlə davam etməsi eyni zamanda Müqəddəs Ramazan ayında olmağımız qan verən insanların sayına ciddi təsir edib.

Hazırda Mərkəzi Qan Bankında o cümlədən, digər xəstəxanalarda qan qıtlığı yaşanır.

AZXEBER.COM-un məlumatına görə, müvəqqəti yaranan qan qıtlığının aradan qaldırması məqsədi ilə Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyası bir araya gələrək  iyul 2014-cü il tarixdə saat 17:00- dan 22:00-a qədər Park Bulvarın birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə aksiyası keçirib.

 Aksiyada 105 nəfər iştirak edib və onlar öz qanlarını veriblər.

Toplanan qanlar irsi qan xəstələrinin müalicəsində təmənnasız istifadə olunacaq. 
OXŞAR XƏBƏRLƏR