Bakıda Qarabağ qazisi dünyasını dəyişdi

Bakıda Qarabağ qazisi dünyasını dəyişdi
Bütün Xəbərlər
11:15 12.05.2015
1094
Mərhum aktyor Ceyhun Mirzəyev “Fəryad” filmində onu təsvir etmişdi.
Dünən axşam Bakıda Qarabağ müharibəsi veteranı Mehman Hüseynov dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Facebook-da digər bir Qarabağ qazisi Nazim Bayram paylaşıb.
“Dostlar, bir acı xəbəri bölüşməliyəm... Qrupumuzun üzvü, Qarabağ qazisi, Mehman Hüseynov bu gün evində ürək çatışmazlığından dünyasını dəyişib”, - deyə, o yazıb.
“Mehman Bakının Bakıxanov qəsəbəsində tənha həyat sürürdü. Facebook-da son paylaşımı 7 saat əvvəl olmuşdu. 20 dəqiqə əvvəl xəbəri eşidən kimi onun telefonuna zəng etdim. Dostu qaldırdı. Dedi, telefona cavab vermirdi, narahat oldum, polislə gəldik, qapını sındırıb evə keçdik və Mehmanı keçinmiş halda gördük... Allah qazimizə rəhmət eləsin, əzab, iztirab və məhrumiyyətlərlə dolu həyatının mükafatını o dünyada versin”, - deyə, N.Bayram yazıb.
Qeyd edək ki, Mehman Hüseynov Milli Ordunun “Şıx” taborunun ilk könüllülərindən və taborda tağım komandiri olmuşdu.
1991-ci ilin dekabrında Kərkicahanda Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyətdə əsir düşmüşdü.
Sonralar “Fəryad” filmində baş qəhrəmanın prototipi olmuşdu.
OXŞAR XƏBƏRLƏR