Bakıda qatil nənə istintaqı ələ saldı - ŞOK İFADƏ

Bakıda qatil nənə istintaqı ələ saldı - ŞOK İFADƏ
Bütün Xəbərlər
12:20 11.12.2014
6538
Nənə dedikdə adətən nəvəyə şəfqət və sevgi yada düşür. Bakıda isə nənə ağlagəlməz cinayət törədib.
Suraxanı rayonunda ötən gecə dəhşətli nənə cinayətinin təfərrüatları məlum olub. Suraxanı rayonunda cavan gəlini Elnarə Nəcəfova və 6 aylıq nəvəsini öldürən 40 yaşlı nənə Şərqiyyə Hüseynova ilkin ifadəsində sanki istintaqı ələ salıb. Ş.Hüseynova ifadəsində ağır cinayətini onun evdən bayıra buraxılmaması ilə əsaslandırıb.
“Oğlum məni Gürcüstandan Bakıya gətirib. Xeyli müddət idi, burada, oğlumun evində qalırdım. Məni nə bayıra çıxmağa buraxırdılar, nə də Gürcüstana qayıtmağa. Ürəyim partlayırdı. Oğlum qapını arxadan bağlayaraq gedir, gəlinim isə evdən çölə çıxmağa qoymurdu. Bezmişdim hər şeydən”, - qatil nənə inandırıcı olmayan ifadə verib.
Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Ş.Hüseynovada ruhi-əsəb xəstəliyi yoxdur. Lakin onun tükürpədici qətl törətməsi ilə bağlı verdiyi ifadə inandırıcı görünmür. O, Qum adası, Zeytun bağları adlanan ərazidə yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə-beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib. Sonra isə Ş.Hüseynova nəvəsini boğub.
OXŞAR XƏBƏRLƏR