Bakıda gəlinlə qaynana arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Suraxanı rayonunda baş verib.
Yeni Günəşli qəsəbəsində yaşayan, 1967-ci il təvəllüdlü Arzu Ağalarova bildirib ki, onunla birgə yaşayan qaynanası, 1944-cü il təvəllüdlü Sara Məmmədova ilə evdə ailə-məişət zəminində mübahisə ediblər. Sonda qaynanası onu çiynindən bıçaqlayıb.
Araşdırma aparılır.