Martın 29-dan aprelin 1-nə qədər Bakıda Qazaxıstan Film Günləri keçiriləcək.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Tədbirin təşkilatçıları Qazaxıstan səfirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir.
Tədbir çərçivəsində Qazaxıstanın çəkdiyi köhnə və yeni filmlər nümayiş etdiriləcək.