Bakıda qazılan yolları kimlər təmir edəcək? - VİDEO

Bakıda qazılan yolları kimlər təmir edəcək? -  VİDEO
Bütün Xəbərlər
10:16 16.12.2013
1125

Dekabrın 12-də paytaxta yağan qar və sulu qar nəticəsində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 3 avtobusun “Azərsu” Səhmdar Cəmiyyətinin qazdığı çuxura düşmüşdü.

AZXEBER.COM-un APA TV-yə istinadən verdiyi məlumata görə, avtobuslarda olan sərnişinlər tez bir zamanda təxliyə edilsə də avtobusu, eləcə də bir neçə avtomobili sel sularından görünməz olan çuxurlardan çıxarmaq bir qədər vaxt aparmışdı. Çuxurların yaranmasına səbəb isə noyabr ayının sonlarında sözü gedən ünvanda "Azərsu" tərəfindən su və kanalizasiya xətlərinin yenilənməsi məqsədi ilə yolun bir hissəsinin qazılması idi. Yol qazıldı, borular basdırldı və işlər bitmiş kimi hər kəs çəkilib getdi. Amma geridə qalan mənzərə yolun asfalt örtüyünün dağılması və avtomabillərin gediş-gəlişinin çətinləşməsi oldu. Bu çətinliyi birə beş artıran isə paytaxta yağan yağıntı oldu. Yollar bağlandı, gediş-gəliş bir neçə saat dayandı. Lakin yaranan acınacaqlı mənzərə də deyəsən aidiyyatı qurumları ayağa qaldırmadı. Əks halda dekabrın 12-dən keçən bu gunlər ərzində bu yollara bir əncam çəkilərdi. Məlumat üçün deyim ki, sözü gedən yol Xətai rayonunda yerləşən magistral yol olan Yüsif Səfərov küçəsinə pararleldə yerləşdiyindən, günün müxtəlif saatlarında həmin küçənin avtomobil yükünü azaltmaq məqsədi ilə avtomaşınların hərəkəti Nəcəfqulu Rəfiyev küçəsinə yönləndirilir. Sakinlər və sürücülər üçün təhlükə mənbəyinə çevrilən yolun nə zaman təmir ediləcəyinə aydınlıq gətirmək üçün "Azəryolservis" ASC-i ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, sözü gedən yola birbaşa təmsil etdiyi qurum cavabdeh olsa da qazıntı işləri "Azərsu" tərəfindən aparıldığından yaranmış problem də onlar aradan qaldırmalıdırlar: “ İstər avtomobil yolu olsun, istər prospekt. Küçələrdə qazıntı işləri aparılmazdan öncə Nəqliyyat Nazirliyinə müraciyyət edilməlidir. Texniki şərt alındıqdan sonra qazıntı işlərinə başlanıla bilər. Texniki şərtdə də yolun necə qazılmasından tutmuş hansı materiallardan istifadə olunması, eyni zamanda asfalt-beton örtüyünün vurulmasına kimi bütün şərtlər öz əksini tapıb. Hansı təşkilat texniki şərt alıbsa, o da düzəltməlidir”.

Yolda qazıntı işləri apararaq su xətti çəkən "Azərsu" ASC-nin mətbuat xidmətindən isə məsələyə aydınlıq gətirmək mümkin olmadı. Hər halda ümid edək ki, yağıntı başlamadan önçə dağıdılan yollara bir əlac edən tapılacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb