Maşın şəhərdə böyük marağa səbəb olub.
Bayram günlərində paytaxt küçələrində qəribə avtomobil peyda olub.AZXEBER.COM-un anspress-ə istinadən məlumatına görə, həmin avtomobilin fotosu Facebook sosial şəbəkəsində ildırım sürətilə yayılıb. “Pobeda” və köhnə “Moskviç” maşınlarından yığılma olan klassik avtomobil Bakı küçələrində müasir maşınların arasında şütüyür.
Sükanı arxasında qoca kişi əyləşən maşının arxa nömrəsinin üzərinə Şaxta baba yazısı olan kağız bərkidilib. Maşın şəhərdə böyük marağa səbəb olub.