Bakıda qəzaya uğrayan 205 saylı avtobusun sürücüsü də qəza zamanı ağır yaralanıb.
Həmin avtobus xətinə nəzarət edən dispetçer Hacı Ceyhunun ANS PRESS-ə verdiyi məlumata görə, 90 RU 351 dövlət nömrə nişanlı, 205 saylı avtobusun sürücüsü Böyükağa Tahirovun ayaqları sınıb. Qəzada sürücüdən başqa, avtobusdakı 4 sərnişin yaralanıb. Qəza zamanı minik maşının sürücüsü isə möhkəm yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş verməsinə isə “Prado” markalı minik maşının ötmə əməliyyatını düz yerinə yetirməməsidir. Belə ki, avtobuslə minik maşını işıqforun qırmızı işığında dayanıb gözləyirmişlər. Yaşıl işıq yanan zaman “Prado” markalı minik maşını düzgün ötmə əməliyyatı seçməyib və avtobusun altına girib.